Dünya futbolu
“Atletiko” Feliksin müqabilində “Barselona”dan nəhəng məbləğ istəyir
28.02.2024 | 23:25
Madrid “Atletiko”su “döşəkçilər”in “Barselona”da icarə əsasında çıxış edən portuqal hücumçusu Joao Feliks müqabilində 70-80 milyon avro almaq istəyir.
Sports.az xəbər verir ki, kataloniyalıların belə nəhəng məbləğdə pulu yoxdur.
Vurğulanır ki, məhz bu səbəbdən “Barselona” rəhbərliyi Feliksi növbəti mövsüm üçün də icarəyə götürməyi düşünür.