“Futbol Tanrısı”nın “Qarabağ” sevinci

“Futbol Tanrısı”nın “Qarabağ” sevinci

Gədəbəydə uşaqlığımın keçdiyi bina evi mini kitabxana kimi idi. Qonaq otağındakı rəflərdə atamın müxtəlif mövzulara aid kitabları dururdu. "Neftçi"nin mövsümlük buraxılışları və 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatı haqda "Mexiko 86" kitabı isə qardaşımın balaca otağındaydı.

Mənə futbolu sevdirən də bəlkə də elə o dövr üçün nadir rast gəlinən rəngli "Mexiko 86" oldu. Kitabın üz qabığında bir futbolçunun fotosu, içində isə onun komandasını necə dünya çempionu etməsi haqda ətraflı məlumat vardı.

Mənim 4 yaşım olanda dahi Maradonanın Meksika meydanlarında yaratdığı xarüqələri sonra televiziyadan da izlədim. Böyüyəndən sonra artıq özüm televiziyada - "CBC Sport"da onun haqda veriliş hazırladım. 

"Maradonaya niyə "Futbol Tanrısı" deyilir?" sualının cavabını isə bir neçə gün öncə Neapolda tapdım...

Bu gün 12 yaşını qeyd edən ETOPAZın dəstəyilə yollandığımız Portuqaliya səfərinin ardından İtaliyaya üz tutdum (yeri gəlmişkən, Azərbaycan tarixinin ən yaxşı futbolçu şərhçisi olmuş Altay Əliyev başda olmaqla şirkətin bütün kollektivini ürəkdən təbrik edirəm).

Maradonanın iki keçmiş komandası - "Napoli" və "Barselona" Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqdı. Özü də Dieqo Armando Maradona adına stadionda!

Oyuna akkreditasiya almaq üçün müraciət etdiyim "Napoli" klubundan imtina gəlmişdi. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası mənə maksimum dəstək verməyə çalışdı. Nərgiz Mahmudzadə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının prezidenti  Canni Merloya, Avropa İdman Mətbuatı İttifaqının prezidenti Çarlz Kamenzuliyə, İtaliya İdman Yazarları Dərnəyinin prezidenti Canfranko Koppolaya müraciət etsə də, faydası olmadı. Natiq Nəsirovun mənimlə tanış etdiyi Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyonun işə qarışmasından sonra oyuna saatlar qalmış klubdan məktub gəldi ki, akkreditasiya verə bilməsək də, fəxri tribunada biletlə kömək edərik. Onacan aldığım bileti stadionun qarşısında dayanan bir nəfərə hədiyyə verib arenaya daxil oldum. Yeri gəlmişkən, ən ucuz biletin rəsmi qiyməti 180 avro civarında idi. "Qarabağ"ın avrokubok oyunlarındakı ən ucuz biletin qiyməti ilə müqayisədə təxminən 70 dəfə baha! 

Cüzeppe Kanilyo oyunun ertəsi qaldığım otelə gəlib mənimlə görüşdü. Ona diqqətinə görə xüsusi minnətdarlığımı çatdırıram. Həmin günə Cüzeppe ilə görüşlə başladım və "Qarabağ"ın mərhələ keçdiyi fantastik qarşılaşma ilə bitirdim. Bakı ilə qardaşlaşmış şəhər olan Neapolda, düz Dieqo Armando Maradona adına stadionun önündəki kafedə "Qarabağ" - "Braqa" matçını izlədim. 

Neapolda az qala hər yerdə Maradonanın fotoları var. Bu kafe də istisna deyildi. Hər tərəfdən Maradona baxırdı. Nərimanın qoluna qışqıranda mənə bir anlıq elə gəldi ki, Maradonanın ruhu da mənim sevincimə şərikdi...

Bir şəhərdə futbolu nə qədər sevərlər, oyunçunu necə ilahiləşdirərlər?! Hamısını Neapolda görmək mümkündü. "Futbol Tanrısı" Maradona burda yaşayır! Bəli, məhz yaşayır! Adını daşıyan arenanın önündəki binanın üstündə yazıldığı kimi "Je sto vicino a te", yəni, "yanındayam". "Napoli"nin, neapolluların və bütün futbolsevərlərin yanında! 

İndi Neapolun yeni bir kumiri də var. Neapollular onun ləqəbini də Maradonaya uyğunlaşdırıblar - "Xvaradona". Əlbəttə, söhbət Xviça Kvaratsxeliyadan gedir. Atası Badrinin milli komandamızda oynamasını yəqin ki, hamı bilir. "Xvara" ilə müsahibə yerinə düşərdi. İtaliyaya getməmiş bu haqda "Napoli"yə müraciət etmişdim.

Ailəvi dostları Polad Nəbizadənin vasitəsilə futbolçunun özündən razılıq alsam da, təəssüf ki, klubu müsahibəyə izn vermədi.

Bəlkə də, Millətlər Liqasında milli komandamızın rəqibi olacaq Slovakiyanın baş məşqçisi Françesko Kalsonanın "Napoli"nin "sükanı arxasında" ilk oyununda Xviçanı əvəzləməsi və gürcü futbolçunun buna sərt reaksiyası mane oldu...

Maradona kimi "Kvaradona"nın da həm "Napoli", həm də "Barselona"da oynamış futbolçu kimi tarixə düşmək ehtimalı var. Mövsümün sonunda Kvaratsxeliyanı Kataloniya təmsilçisində görsəz təəccüblənməyin. 

...Neapoldan çox yazmaq olar, amma uzunçuluq etməyim. Sadəcə, sonda onu deyim ki, bu səfəri heç vaxt unutmayacam. Onu unudulmaz edən möhtəşəm hissləri mənə yaşatdığına görə Qurban Qurbanovun "Qarabağ"ına təşəkkürlər və "Bayer Leverkuzen"lə oyunlarda uğurlar! 

Anar Şabanoğlu, Neapol

ETOPAZ-ın dəstəyilə hazırlanıb

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar