Yığmamızdan Gürcüstanla heç-heçə

Yığmamızdan Gürcüstanla heç-heçə

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşü keçirib.

Sports.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 5-ci turda da bərabərə qalıb.

Hesabat turunda üç şahmatçımız ağlarla, iki şahmatçımız isə qara fiqurlarla çıxış edib. Görüşün üç partiyası heç-heçə başa çatıb. Azərbaycan millisində Günay Məmmədzadə 5-ci turda qələbə qazanıb, Ülviyyə Fətəliyeva məğlub olub. Yoldaşlıq görüşündə son tur 2,5-2,5 hesablı nəticəylə yekunlaşıb. 

Reqlamentə əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparıb. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşündə 12,5-12,5 hesablı heç-heçə qeydə alınıb. 

Tiflisdə keçirilən yoldaşlıq görüşünün müxtəlif turlarında qonaq olan Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nın vitse-prezidenti Mahir Məmmədov, Gürsüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və Avropa Şahmat İttifaqının rəhbəri Zurab Azmayparaşvili şahmatçılara uğurlar arzu edib, belə qarşılaşmaların şahmatçıların yüksək oyun formasını qorumasına kömək etdiyini bildirib. 

Qeyd edək ki, Gürcüstan millisi Ümumdünya Şahmat Olimpiadasının dördqat qalibidir. Qonşu ölkənin qadın şahmatçılardan ibarət seçməsi milli komandalar arasında dünya və Avropa çempionatının qızıl medalçısıdır. Yoldaşlıq görüşündə iştirak edən Gürcüstan komandası 2433 orta reytinq xalına malikdir. Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının orta reytinq xalı isə 2382-dir.

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar