Bəs bizim küçədə nə vaxt bayram olacaq?

Bəs bizim küçədə nə vaxt bayram olacaq?

Gürcüstanın AVRO-2024-ə vəsiqə qazanması istər-istəməz bizim futbolsevərlərdə də sual yaradır:

- Bəs bizim küçədə nə vaxt bayram olacaq? 

Çətindi, AFFA rəhbərliyi futbolumuza elə bir zərbə vurub ki, ən azı yaxın 1-2 ilə təsirindən ayılmaq, özünə gəlmək ağlabatan deyil. 

Hə, bəlkə AFFA-nın yeni rəhbərliyinin hazır işlək planı, doğru strategiyası var, biz bilmirik. Bəlkə onlar 1-2 ilə Azərbaycan futbolunu dirçəltməyi bacaraq. Bunu zaman göstərəcək. 
Amma heç kimin əlində sehrli çubuğu yoxdu. Buna görə də, düzgün işə başlansa, ən azı 3-4 il zaman lazımdı ki, biz də böyük turnirlərin final mərhələlərində öz millimizi görək. 

Hələliksə, AÇ 2024-də Türkiyə, Gürcüstan və Ukraynaya azarkeşlik edəcəyik...

Allah izn versə, Luka Quqeşaşvili Azərbaycan Premyer Liqasını Avropa Çempionatının final mərhələsində təmsil edəcək. 
Luka "Qarabağ"da olduğu kimi Gürcüstan millisinin qapısında da möhkəm "2 nömrə"di. 

"Qarabağ"ın əsas heyətinin üzvünə çevrilən Yassin Benzia isə dünən Əlcəzairin CAR-la 3:3 bitən matçında fantastik oyun sərgiləyib. 
Təcrübəli futbolçu 2 gözəl qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Çempionumuzun futbolçularının uğurlarını gördükcə "Qarabağ"ın növbəti mövsüm üçün heyətini qoruyub-qoruya bilməyəcəyi haqda düşüncəyə dalırsan.

Andrey Lunyov, Amin Ramazanov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Maksim Medvedev, Riçard Almeyda, Abdella Zubir, Nihad Quliyev və Nəriman Axundzadənin mövsümün sonu "Qarabağ"la müqaviləsi bitir. 

Maksim və Riçard vaxtında karyeralarını hörmətli bitirib məsələn klub akademiyasında məşqçi kimi işləyə bilər. Deyək ki, Maksim müdafiəçilərlə, Riçard yarımmüdafiəçilərlə.
Amin, Nihad və Nəriman gəncdi, daha çox oynama imkanı qazanacaqları yerə getməlidilər. Düzdü, Nəriman bir qədər istisnadı. Onun oynamaq üçün müəyyən şansı olur. Amin və Nihad isə düşünmədən getməlidi. 

Lunyov, Bəhlul, Zubir və Bədavi komandanın aparıcı üzvləridi, klub onları buraxmamalıdı. 
Amma məncə "Qarabağ"a klubla müqaviləsi bitməyən futbolçuları belə saxlamaq çətin olacaq...

İstənilən halda, yeni mövsümdə də, azarkeşləri milli komanda yox, "Qarabağ" sevindirəcək deyə düşünürəm.

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar