Yeni rəhbərlik - yeni ümidlər və ya \"Jiquli\" ilə \"Ferrari\"ni ötmək

Yeni rəhbərlik - yeni ümidlər və ya \

Rövnəq Abdullayevin dövründə "Neftçi" "Pünik"i uddu. Sonra "Birlik kuboku"nu qazandı ki, o dövr üçün fantastik nəticə kimi görünürdü. 

Rövnəq müəllimin kadrı olan Sadıx Sadıxovun rəhbərlik etdiyi "Neftçi" Avropa Kuboklarında qrup mərhələsinə yüksələn ilk klubumuz oldu, həmin dövr üçün bu da həqiqətən də inanılmaz idi.

"Qəbələ" iki dəfə avrokubokların qruplarına vəsiqə qazandı. "Qarabağ" Avropa futboluna Azərbaycanı tanıtdı.

Bunlar tarixdə qalacaq, heç vaxt unudulmayacaq.

Rövnəq Abdullayevin çox yaxşı insan olduğunu deyirlər. AFFA ilə vidalaşarkən "Kral öldü, yaşasın yeni kral" söyləyəcək qədər səmimidi.

Amma AFFA-dakı dəllalar bundan istifadə edib, ona uduzulan oyunlara, heç bir əhəmiyyət kəsb etməyən heç-heçələrə, qələbələrə görə kosmik məbləğdə mükafatlar verdirdi. 

Futbolun inkişafına cavabdeh olanlar bu adla dövlətin, UEFA və FİFA-nın, Abdullayevin şəxsən özünün ayırdığı pulları mənimsədi, oliqarxa çevrildi.

Amma üstündən 20 ilə yaxın müddət keçsə də, 2 milyard manata yaxın pul dağıdılsa da ölkədə nə uşaq futbolu var, nə böyük futbolu. Etibar etdiyi adamlar Rövnəq Abdullayevi aldatdı...

...Rövşən Nəcəfi aldatmaq çətin görünür. Adam uşaqlıqdan futbol azarkeşi olub. Az-çox bu sahədən xəbəri var. "Neftçi"dəki təcrübəsi uğurlu alınmasa da, istənilən halda yenə də təcrübədi.

AFFA-nın rəhbər heyətində yenidən olması kütləvi narazılıqla qarşılanan Elşad Nəsirov...  Elşad müəllimin yenə də futbolumuza rəhbərlik edəcək! Son 20 ildəki kimi... Bu adı görəndə istər-istəməz AFFA-nın yeni rəhbərliyinin gələcəyinə skeptik yanaşmalı olursan... 

Sərxan Hacıyev, Balakişi Qasımov, Qurban Qurbanov triosundan gözləntilər böyükdü. Geniş təqdimata ehtiyacı olmayan üçlüyün Azərbaycan futbolu üçün əlindən gələni edəcəyinə şübhə yoxdu. Səmimi deyim ki, onların adını görəndə məndə bu rəhbərliyin uğurlu olacağına ümid yarandı. Bu haqda son yazılarımda ətraflı bəhs etdiyimdən indi geniş yazmağa lüzum görmürəm.

Könül Mehtiyeva AFFA-da uzun müddətdir çalışan nadir uğurlu kadrlardandı.

Rövşən Nəcəf kimi Maqsud Adıgözəlovun da ölkənin ən güclü klublarından birinə rəhbərlik etmək təcrübəsi var. Yəni, futboldan xəbərsiz biri deyil.

Səməd Qurbanovun da geniş təqdimata ehtiyacı yoxdu. "Neftçi"nin tanınmış veteranı, həm də yaxşı insandı. 

Yaşlı nəsil bilir ki, futbolçu vaxtlarında Qurbanovun ləqəbi "Jiquli" olub. 

AFFA-nın yeni rəhbərliyinin Elxan Məmmədov-Elşad Nəsirov cütlüyünün bataqlığın dibinə yuvarladığı Azərbaycan futbolunu xilas etməsi, ən azı bizdən xeyli öndə olan qonşularımız Gürcüstanın səviyyəsinə çatması çox çətin görünür.

Bunu "Jiquli" ilə "Ferrari"ni ötməyə bənzətmək olar.

Amma hər bir yenilik, yeni ümid yaradır.  İstənilən halda Azərbaycan futbolunun gələcəyi indikindən pis olmayacaq.

AFFA-nın yeni rəhbərliyinə bu çətin missiyada uğurlar!

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar