Azərbaycanlı istedad FIDE Şahmat Akademiyasında

Azərbaycanlı istedad FIDE Şahmat Akademiyasında

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsis etdiyi Şahmat Akademiyası dünya ölkələrindən seçilən istedadlı uşaqlar üçün xüsusi təlim keçirib.

Sports.az xəbər verir ki, 2024-cü ilin yanvar ayından başlayan ilk mərhələdə 450 yeniyetmə onlayn dərslərə cəlb edilib.

Onlayn dərslərin yekununa əsasən xüsusi seçilən 13 yeniyetmə əyani məşqlərdə iştirak üçün İspaniyanın Menorka şəhərinə dəvət olunub. Azərbaycan təmsilçisi Xaqan Əhməd seçilən 13 şahmatçıdan biri kimi əyani hazırlığa cəlb edilib. Şahmatçımız İspaniyada bir həftəlik əyani məşqlərə qatılıb. Hazırlıq zamanı Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislər təcrübələrini yeniyetmələrlə bölüşüb. 

Qeyd edək ki, məşqlərdə debütdə yeniliklər, oyunda vəziyyətin düzgün qiymətləndirilməsi və zəif məqamların tapılması, hücum və müdafiə prinsipləri, fiqurların düzgün dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. Məşq zamanı şahmatçının formalaşmasında təhsilin vacib rol oynadığı qeyd olunub, yeniyetmələrə fiziki hazırlığa və qidalanmaya diqqətlə yanaşmaq məsləhət görülüb.

FIDE Şahmat Akademiyası – Beynəlxalq Şahmat Federasiyası və Chessable platforması tərəfindən təsis edilib. 2021-ci ildən fəaliyyət göstərən akademiyaya 100-dən çox federasiyanın şahmatçıları cəlb olunub. Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Qukeş Domaracu və ötən il yeniyetmələr arasında dünya çempionu olan Kandela Belen akademiyanın tələbələrindən olub.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar