Ayın futbolçusu

Ayın futbolçusu

İlk öncə bütün inanclı müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edirəm!

Allah oruc və dualarınızı qəbul etsin!

Bu Ramazanda çox imanlı, əxlaqlı, əqidəli gənc azərbaycanlını yaxından tanıdım. Futbolçu olması məni ikiqat sevindirdi. Atası ilə görüşüb belə övlad böyütdükləri üçün təşəkkür etmək istəyirdim. Amma atası böyük adamdı deyə sonra fikirləşdim ki, yanlış anlaşılar.
Maşallah! Nə yaxşı ki, belə qabiliyyətli, qanacaqlı gənclərimiz var, özü də aralarında futbolçulara da rast gəlinir.

Söhbət legioner həyatını canlı görmək üçün bir neçə gün əvvəl uzaq Skandinaviyaya yollandığım, milli komandamızın forvardı Musa Qurbanlıdan gedir.

Mən Musa yaşda olanda o dünyaya yeni gəlmişdi. Amma ağıl yaşla ölçülmür. Musa məndə o qədər müsbət və xoş təəssürat yaratdı ki, dediyim kimi, istəyirdim buna görə atası ilə görüşüb təşəkkür edim. 

...Mayın biri Musanın klubu "Yurqorden" güclü "Malmö" ilə səfərdə İsveç kubokunun finalını oynayacaq. Bu qarşılaşmanın favoriti "Malmö"dü. Amma futbolda hər şey olur. "Yurqorden" qalib gəlsə, Qurbanlı İsveç kuboku qazanmış ilk azərbaycanlı kimi tarixə düşəcək. 

Musa bu kubok mövsümündə qol da vurub. Amma indi özünəinamı itirib. İki oyuna 3 qol vurandan sonra "qara zolağ"a düşməsi də, sırf buna görədi. Sonrakı oyunda boş qapıya qol vura bilməməsi psixoloji cəhətdən o qədər pis təsir edib ki, hələ də özünə gələ bilmir.  

Sözün düzü, Qurban Qurbanovla həm də bununla bağlı danışmaq istəyirdim. Qurban hoca o qədər futbolçuları psixoloji bataqlıqdan ən üst səviyyəyə qaldırıb ki, bu məsələdə də Musaya ondan yaxşı "həkim" tapılacağını düşünmürəm.

Amma yəqin ki, hər ikisi bu yazımı oxuyacaq. Musa millinin heyətində Bolqarıstana vurduğu qoldan sonra bir qədər özünə gəlməlidi. "Malmö" ilə oyuna az qalır. Amma bu 20 günə hər şey qaydasına düşə bilər. Çox istəyərəm ki, Musa həmin oyunun qəhrəmanlarından olsun.

Mən 21 yaşında hansısa hücumçumuzun, ya futbolçumuzun xaricə transferini xatırlamıram. İllah da, "Yurqorden" səviyyəsində kluba.

Bunu dəfələrlə yazmışam, bir daha təkrar edirəm: ölkədən kənara çıxan hər bir futbolçumuza dəstək verməliyik!

Hər şeyə mız qoymağa öyrəşmişik. Mahir Emreli "Legiya", "Dinamo Zaqreb" kimi klublara gedir bəyənmirik. Vallah, bu cür klublarda bir azərbaycanlı futbolçunun ehtiyatda oturması belə bizim çempionatda hər oyun 90 dəqiqə meydanda olmaqdan yaxşıdı! 

Yeri gəlmişkən, atası Qurban Qurbanov kimi Musa Qurbanlının da aprelin 13-ü doğum günüdü. Gənc forvardın 22 yaşı tamam olur. Daşıdığı nömrədən belə anlaşılır ki, 22 sevimli rəqəmidi. Ümid edək, qarşıdakı 1 il karyerasının ən uğurlu dönəmi olar. 

Musaya, Mahirə və digər legionerlərimizə dəstək verək, uğurlar diləyək!

Tək Musanın yox, futbolumuzun atası Qurban Qurbanova da cansağlığı, uzun ömür, daha böyük nailliyyətlər arzulayaq!

Ramazan bayramınız bir daha mübarək!

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar