Güləş/Cüdo
AÇ: Yığmamız Gürcüstana məğlub oldu
18.09.2022 | 16:06
Cüdo üzrə Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında növbəti görüşünü keçirib.
Sports.az xəbər verir ki, qarışıq komandamız 1/4 finalda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal Qələndərza (73 kq) Kote Kapanadzeyə, Kənan Nəsibov (+90 kq) İrakli Demetraşviliyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (70 kq) isə Nino Qulbaniyə yenilib. Yalnız Vüqar Talıbov (90 kq) Giorgi Jabniaşvilini məğlub edə bilib.
Xatırladaq ki, Azərbaycan yığması təsnifatda Avstriya yığmasını 4:0 hesabıyla məğlub etmişdi.