Dünya futbolu
Kazemiro Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır
15.05.2024 | 14:00
Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemironu tez bir zamanda satın almaq istəyirlər.
Sports.az xəbər verir ki, Kazemironun nümayəndələrinin artıq ərəb klubları ilə danışıqlara başladığı bildirilir.
“Mançester Yunayted”in isə bu sövdədə açıq olduğu və müvafiq keçidi transfer pəncərəsinin əvvəlində həyata keçirmək istəyində olduğu bildirilir. Həmçinin vurğulanır ki, Kazemironun özü klubda qalmaq istəsə, “Mançester Yunayted” braziliyalı futbolçunun gedişində israrlı olmayacaq.