Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub.

Sports.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün heç-heçə oynayıb.

9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub. Şahmatçımız həmçinin 16 000 ABŞ dolları mükafat əldə edib.

6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda M.Muradlını qələbə münasibətilə təbrik edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar