Futbol
Rayya tamhüquqlu əsasda “Arsenal”a keçəcək

13.06.2024 | 22:00
“Brentford”un və İspaniya yığmasının qapıçısı, 2023/2024-cü illər mövsümündə icarə əsasında “Arsenal”da çıxış etmiş David Rayya tamhüquqlu əsasda “topçular”a qoşulacaq.
Sports.az xəbər verir ki, “topçular” 28 yaşlı qapıçının transferi üçün artıq son sənədləşmə işlərini yekunlaşdırırlar.
Həmçinin bildirilir ki, “Arsenal” oyunçunu 28 milyon funt-sterlinq (33 milyon avro) məbləğə satınalma seçimini fəallaşdıracaq. Bağlanacaq müqavilənin müddəti isə hələlik məlum deyil.
Son xəbərlər





























