Belçika, Fransa və Ukrayna yığmaları AÇ-də ilk sınağına çıxır

Bu gün futbol üzrə Avropa çempionatında 1-ci turun növbəti görüşləri keçiriləcək.

Sports.az xəbər verir ki, dördüncü oyun günündə E və D qrupunun oyunları reallaşacaq.

Əvvəlcə E qrupu çərçivəsində Rumıniya Ukraynanı, Belçika isə Slovakiyanı sınağa çəkəcək.

Günün son oyunu isə D qrupu çərçivəsində Fransa və Avstriya yığmaları arasında baş tutacaq.

AÇ-2024
17 iyun

E qrupu

17:00. Rumıniya - Ukrayna
Baş hakim: Qlenn Nyüberq (İsveç).
Münhen, “Alyans Arena”.

20:00. Belçika - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Frankfurt. “Valdstadion”.

D qrupu

23:00. Avstriya - Fransa
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Düsseldorf, “Merkur Spiel-Arena”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar