AVRO 2024
Keyn tarixə düşdü
17.06.2024 | 11:00
"Bayern"də çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.
Sports.az "Opta Sports"a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının 1-ci turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.
Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.
İngiltərə Serbiyanı minimal hesabla üstələyib - 1:0.