Jiru Mbappenin zədəsi haqda: “Bilirəm ki, bu, çox ağrılıdır”

Fransa yığmasının hücumçusu Olivye Jiru “xoruzlar”ın hücumçusu Kilian Mbappenin 2024-cü il Avropa çempionatında Avstriya yığması ilə oyunda (1:0) zədələnməsindən danışıb.

Sports.az fransalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Ümid edirik ki, o, çox tez sağalacaq, bu, kiçik xoşagəlməzlikdir. Bilirəm, bu, çox ağrılıdır. Bu, əvvəllər mənim də başıma gəlib”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar