Fransa və İngiltərə yığmalarının AÇ-də növbəti sınağı

Bu gün Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçiriləcək.

Sports.az xəbər verir ki, 12-ci oyun günündə 4 qarşılaşma baş tutacaq.

D qrupunda yer almış komandalardan Fransa Polşanı, Niderland isə Avstriyanı sınağa çəkəcək. Polşa istisna olmaqla, digər komandaların mərhələ adlamaq şansı qalır.

C qrupunda isə Danimarka – Serbiya və İngiltərə – Sloveniya görüşləri baş tutacaq. Bu qrupda da hər bir komandanın 1/8 finala vəsiqə qazanmaq şansı var.

AÇ-2024
25 iyun

D qrupu

20:00. Fransa – Polşa
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund. “Siqnal İduna Park”.

20:00. Niderland – Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin. Olimpiya stadionu.

Xallar: Niderland – 4. Fransa – 4. Avstriya – 3. Polşa – 0.

C qrupu

23:00. Danimarka – Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen. “Alyans Arena”.

23:00. İngiltərə – Sloveniya
Baş hakim: Kleman Turpen (Fransa).
Köln. “Reyn Energi” stadionu.

Xallar: İngiltərə – 4. Danimarka – 2. Sloveniya – 2. Serbiya – 1.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar