Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmat üzrə 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib.

Sports.az xəbər verir ki, yarışın yekun nəticəsinə əsasən 8,5 xal toplayan Dinara Hüseynova və aktivində 9 xalı olan Paşam Əlizadə 14 yaşadək iştirakçılar arasında çempion olub.

Gəncə təmsilçisi Səadət Bəşirli ikinci yeri tutub. 14 yaşadək oğlanların birinciliyində Yunis Mahmudzadə gümüş medal qazanıb. Məryəm Ağaverdiyeva 8 xalla ilk üçlüyü qapayıb. Kənan İsbatov 7,5 xalla bürünc medalçı olub.

Turnir ərzində 10 xal toplayan Sumqayıt şahmatçısı Nurtən Nuriyeva 16 yaşadək qızlar arasında qalib adını qazanıb. Gəncə şahmat məktəbinin yetirməsi Leyla Budaqova 9,5 xalla ikinci yerlə kifayətlənib. Ayan Hüseynli 8 xalla üçüncü yeri tutub. Bu yaş kateqoriyasında oğlanların mübarizəsində Tunar Davudov 9,5 xalla turniri birinci yerdə başa vurub. Şəki şahmatçısı İslam Hacıəliyev və Səid Zeynalov müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüb. 18 yaşadək oğlanların yarışında Şiroğlan Talıbov hamıdan çox xal toplayıb – 7,5 xal. Şahin Vəliyev gümüş, Orxan Bağırov bürünc medala layiq görülüb.

Yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-Prezidenti Faiq Həsənov qalib və mükafatçıları təbrik edib. Onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.

Ölkə çempionatlarında ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomı və medalları ilə təltif olunub. Çempionatın qalibləri müvafiq yaş qruplarında dünya çempionatına, ikinci yeri tutan şahmatçılar isə Avropa çempionatına ezam ediləcək.

Son xəbərlər
“Hamburq”un direktoru millimizn üzvü barədə danışdı
“Arsenal” “Real”ın müdafiəçisi uğrunda mübarizəyə qoşuldu
“Qarabağ” İngiltərəyə getdi
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
DAHA ÇOX

Ən çox oxunanlar