Güləş/Cüdo
Millimiz AÇ-ni medalsız başa vurdu
30.06.2024 | 16:40
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.
Sports.az xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib.
Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb.
Beləliklə, yığmamız komanda yarışını medalsız başa vurub.
Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər.
Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.