İspaniya - Almaniya matçının ən yaxşı futbolçusu açıqlandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, pireneylilərin yarımmüdafiəçisi Dani Olmo görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

26 yaşlı futbolçu matç ərzində 1 qol, 1 assistlə yadda qalıb.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar