Dünya futbolu
“Everton” “Mançester Yunayted”in Carred Brantueytə görə təklifini rədd etdi
10.07.2024 | 14:00
“Mançester Yunayted” “Everton”un mərkəz müdafiəçisi Carred Brantueytə görə yeni rəsmi təklif irəli sürüb.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni təklifi 45 milyon funt-sterlinq (53 milyon avro) məbləğ və əlavə üstəlik olaraq 5 milyon avro məbləğ təşkil edir.
Amma “Everton” daha yüksək qiymətdə israr edir – 65-70 milyon funt-sterlinq (77-83 milyon avro). Vurğulanır ki, hazırda müqavilə ilə bağlı hələ də irəliləyiş yoxdur.