“Turan Tovuz”dan növbəti transfer

"Sabah"dan ayrılan Veysəl Rzayevin “Turan Tovuz”a transferi rəsmiləşib.

Sports.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”la 2+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Veysəl Rzayev 2022-ci ilin yayından icarə əsasında "Turan Tovuz"da çıxış edirdi.

"Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok və Kristian da Silvanı da heyətə cəlb edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar