Şahmat
Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar
13.07.2024 | 13:45
Azərbaycan şahmatçıları Macarıstanda keçirilən 5-ci Avropa Universitet Oyunlarında uğurlu çıxış ediblər.
Sports.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb.
9 turda 15 xal toplayan təmsilçimiz 17 kollektiv arasında birinci olub.
Bu gün blits üzrə yarış baş tutacaq.