“Qarabağ”ın ÇL-in 3-cü mərhələsindəki potensial rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sports.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib. 

"Qarabağ" 2-ci  təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. 

Bu halda "Qarabağ" ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcək. 

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

"Linkoln" – "Qarabağ" cütünün qalibi - "Lüdoqorets" – "Dinamo" Mn cütünün qalibi
"Selye" – "Slovan" cütünün qalibi - APOEL – "Petrokub" cütünün qalibi
"Şemrok Rovers" – "Sparta" cütünün qalibi - "Styaua" – "Makkabi" (Təl-Əviv) cütünün qalibi
"Malmö" – "Klaksvik" cütünün qalibi - PAOK – "Borats" cütünün qalibi
"Santa Koloma" – "Midtyulland" cütünün qalibi - "Ferentsvaroş" – TNS cütünün qalibi
"Panevejis" – "Yagellonya" cütünün qalibi - "Bodo Qlimt" – RFS cütünün qalibi

Liqa yolu

“Slaviya” - “Yunion”
“Lill” - "Luqano" - "Fənərbaxça" cütünün qalibi
"Dinamo" (Kiyev) - "Partizan" cütünün qalibi - “Reyncers”
“Zalsburq” - “Tvente”

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar