“Seltik” ABŞ səfərində “Mançester Siti”ni məğlub etdi

Şotlandiya nəhəngi “Seltik” mövsümöncəsi hazırlıq çərçivəsində yollandığı ABŞ səfərində “Mançester Siti”ni yoldaşlıq oyununda məğlub edib.

Sports.az məlumat verir ki, oyun “Seltik”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyun ABŞ-ın Şimali Karolina ştatının Çapel-Hill şəhərinin “Kenan Memorial Stedium”unda baş tutub.

Oyunda hesabı “Seltik” açıb – 13-cü dəqiqədə Nikolas Gerrit-Kyun fərqlənib – 1:0. 33-cü dəqiqədə Oskar Bobb tarazlığı bərpa etsə də, cəmi üç dəqiqə sonra, 36-cı dəqiqədə Gerrit-Kyun yenidən “Seltik”i hesabda önə keçirib – 2:1. Fasiləyə bir dəqiqə qalmış, 44-cü dəqiqədə Kyogo Furuhashi “Seltik”in üstünlüyünü iki topa çatdırıb –3:1. Fasilədən dərhal sonra, 46-cı dəqiqədə Maksimo Perrono hesab arasındakı fərqi azaldıb – 3:2. 57-ci dəqiqədə isə Erlinq Haland hesabı bərarbərləşdirib –3:3. Buna rəğmən, 68-ci dəqiqədə Luis Palma Şotlandiya nəhənginə qələbə gətirən qolu vurub – 4:3.

Növbəti yoldaşlıq oyunda “Mançester Siti” “Milan”la, “Seltik” isə “Çelsi” ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar