Fərid Qayıbov Parisdə idman nazirlərinin beynəlxalq forumunda iştirak edib

Fərid Qayıbov Parisdə idman nazirlərinin beynəlxalq forumunda iştirak edib

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib.

Sports.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris-2024 Yay Olimpya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Gənclər və idman naziri Fərid Qayıbov panel iclaslarında müzakirələrə qatılıb, Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib.

F.Qayıbov Forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla, Çilinin idman naziri Xayme Pizarro Herrera, Anqolanın gənclər və idman naziri Ruy Falkao, Madaqaskarın nəqliyyat və meteorologiya naziri Manambahoaka Valeri Fitzgerald Ramonjavelo, Tanzaniyanın Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri Damas Daniel Ndumbaro, Cənubi Afrikanın idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva, Samoanın idman və istirahət naziri Laumatiamanu Rinqo Mathev Purcell və Kosta-Rikanın idman naziri Hernan Solano ilə ikitərəfli görüşlər keçirib.

UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar