Azərbaycan cüdoçusu 1/8 finalda uduzdu

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Sports.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar