Paris-2024: Azərbaycan təmsilçisi 43-cü oldu

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

Sports.az xəbər verir ki, idmançı yarışı 43-cü pillədə başa vurub.

O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.

Dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı. 

Olimpiada avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar