Dünya futbolu
Endo Marsel “Olimpik”inə keçə bilərmiş
01.08.2024 | 18:20
“Liverpul” Marsel “Olimpik”inin yapon yarımmüdafiəçisi Vataru Endoya görə ünvanladığı təklifi rədd edib.
Sports.az xəbər verir ki, 14 milyon avro məbləğində təklif üzərində danışıqlar aparılıb, amma bir neçə həftə əvvəl baş tutmuş söhbət səmərəsiz qalıb.
Bu xüsusda təfərrüat açıqlanmır. “Olimpik” isə hazırda diqqətini digər namizədlərə yönəldib.