Azərbaycan millisi günün ikinci matçında qalib gəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Sports.az xəbər verir ki, yığmamız 6-cı turda Çin yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar