Azərbaycan avarçəkəni Parisdə 17-ci oldu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Sports.az xəbər verir ki, C finalında mübarizə aparan idmançı fərdi yarışda qüvvəsini sınayıb.

O, bu gün 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar