Azərbaycan idmançısı Olimpiadanın final mərhələsinə vəsiqə qazandı

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsinə yüksəlib.

Sports.az xəbər verir ki, o, təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.

Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.

Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. 

Qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyənləşəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar