Maqomedov yarımfinalda məğlub oldu

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

Sports.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.

Bu mübarizədə Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Buna baxmayaraq Maqomedxan medal qazanmaq şansını itirməyib. O, sabah bürünc medal uğrunda yarışacaq.

Olimpiada avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar