Azərbaycanlı futbolçunun komandası ilk məğlubiyyətinə üzüldü

Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" da növbəti matçına çıxıb. 

Komanda səfərdə "Vlajniya" ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.

Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

"Eqnatiya" hazırda 7 xalla 2-ci sırada qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar