Azərbaycan futbolu
Lənkəranda hakimlər üçün seminar keçirilib
12.09.2024 | 11:45
AFFA-nın təşkilatçılığı ilə Lənkəranda Cənub zonasının hakimləri üçün seminar keçirilib.
Sports.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, köməkçi fitnes məşqçisi Rüstəm Rüstəmli və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.
Seminarda iştirak edən 19 hakimdən fiziki və nəzəri testlər götürülüb.