Yığmalarımız bu gün növbəti görüşlərini keçirəcək

Yığmalarımız bu gün növbəti görüşlərini keçirəcək

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Sports.az xəbər verir ki, kişilərdən ibarət kollektiv 10-cu turda Kuba ilə üz-üzə gələcək.

Komanda hazırda 12 xalla 21-ci yerdədir. Hindistan 17 xalla lider mövqeyini qoruyub saxlayır. 15 xala malik ABŞ ilə Özbəkistan müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşür.

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlardan ibarət kollektiv 10-cu turda Monqolustanla münasibətlərə aydınlıq gətirəcək. Hazırda 13 xalı olan yığma 12-ci yerdə qərarlaşıb. Qazaxıstan 16 xalla liderdir. Hindistanın 15, Çinin isə 14 xalı var.

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5), İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Son xəbərlər
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar