De Blekere “Neftçi” - "Sumqayıt” oyunundakı mübahisəli epizodları şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VIII turunda baş tutan “Neftçi” – “Sumqayıt” qarşılaşmasındakı mübahisəli epizodları şərh edib.

Sports.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis 55-ci dəqiqədə Kilan Lebonun epizoduna və 63-cü dəqiqədə Yuri Matiasla Roy Kehat arasında baş verənlərə aydınlıq gətirib.

“Neftçi”nin oyunçusu Kilan Lebon meydanın özlərinə aid hissəsində “Sumqayıt”ın futbolçusu Roy Kehatın formasını tutur. Tutma anında “Sumqayıt”ın futbolçusu “Neftçi”nin üç oyunçusunun əhatəsindədir. Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. “Neftçi”nin oyunçuları yaxınlıqda olmasaydılar, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi.

63-cü dəqiqədəki epizodda cərimə meydançasının içində “Neftçi”nin oyunçusu Yuri Matias ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində “Sumqayıt”ın hücumçusu Roy Kehat ilə (futbol təması) yüngül kontakt yaranır və hücumçunu yıxır. Çox önəmli texniki kriteriya müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi".

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" görüşü 1:1 hesabı ilə bitib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar