“Bu gün qələbəyə layiq idik” - “Malmö”nün baş məşqçisi
“Malmö” bu gün Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la qarşılaşıb.
Sports.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn İsveç klubunun baş məşqçisi Henrik Ridströmün matçdan sonra mətbuat konfransı keçirilib.
İsveçli mütəxəssis bu gün qələbəyə layiq olduqlarını bildirib:
“Dünən də dediyim kimi çətin oyun olacaqdı, belə də oldu. “Qarabağ” həqiqətən çox güclü komandadır, gözəl komandadır. Belə fikirləşirəm ki, biz bu gün qələbəyə layiq idik. Oyunçularım çox yaxşı çıxış etdi.
Biz bu dəfə həqiqətən yaxşı müdafiə olunduq. İkinci komponent, komandamın topla rəftarı bu gün yaxşı idi. Hücumlara yaxşı çıxırdıq və rəqibi müdafiədə qalmağa məcbur edirdik.
Biz bilirdik ki, “Qarabağ” yaxşı komandadır. Amma biz bəzi komponentlərdə daha yaxşı oynadıq və qələbə qazandıq”.