“Deyəcək bir söz yoxdur” - Qurban Qurbanov
“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turunda İsveçin “Malmö” klubunu qəbul edib.
Sports.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov deyəcək bir sözünün olmadığını bildirib:
“Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdim ki, azarkeşlərimiz önündə uduzaq. Deyəcək bir söz yoxdur. Rəqib təbrik etməliyəm, bəlkə də, qələbəyə layiq idilər. İkinci hissədə şanslarımız oldu. Yararlana bilmədik. İkinci hissənin əvvəlində erkən qol buraxdıq. Bu da hardasa oyunun sonrakı axarına təsir etdi.
Əvəzləmə zamanı Romao bir az özünü yaxşı hiss etmədi, ona görə ara verdik. Sonradan məlum oldu ki, dügün etmişik.
Ümumiyyətlə, deməzdim ki, oyunçularım həvəsdən düşüb. Bir az elə bir vaxtır ki, bəlkə də psixoloji yorğunluq var. Amma dediyim kimi bəzi oyunçular öz idman formasından uzaqdır. Bəzi xırda elementləri aradan qaldırdıqdan sonra daha yaxşı oynayacağıq. İnanıram ki, bu oyunda məğlub olsaq da hamımıza faydası olacaq.
Biz heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropadan gələn komandalardır. Özümüzü də zəif saymırıq. Düşünürəm ki, qarşıdakı oyunlarda fərqli nəticələr müşahidə edəcəyik.
Zaqreb “Dinamo”suna məğlbiyyət oyunçularıma hardasa təsir etdi. Amma inanmıram ki, hələ də orda qalsınlar”.