DÇ: Millimiz ilk matçında məğlub oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk matçında məğlub olub.

Sports.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Serbiyanın U-23 yığması ilə qarşılaşıb.

Görüş Serbiya komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar