Digər
Azərbaycan oxatanları Prezident Kubokunda 3-cü oldular
07.10.2024 | 19:30
Azərbaycan kamandan oxatanları Tacikistanda keçirilən Prezident Kubokunda bürünc medal qazanıblar.
Sports.az xəbər verir ki, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışında bürünc medala yiyələniblər.
Təmsilçilərimiz Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısıstan da daxil olmaqla ümumilikdə 15 ölkə idmançıları ilə mübarizə aparıb.
Fatimə Hüseynli və Məhəmmədəli Əliyev avqustda Azərbaycanda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medala sahib çıxıblar.