Sentyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşdi - VİDEO

Azərbaycan Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib. 

Sports.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

5 qol arasında "Araz-Naxçıvan"nın üzvü Bernardo Dias sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə vurduğu qol ən çox emoji toplayıb. Yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb. 

Qeyd edək ki, qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar