Millimiz bu gün Slovakiya yığmasını qəbul edəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.

Sports.az xəbər verir ki, yığmamız dördüncü oyununda Slovakiya millisini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu norveçli hakimlər idarə edəcəklər.

Xatırladaq ki, yığmamız Slovakiyaya səfərdə 0:2 hesabıyla uduzub. Fernando Santoslu millimiz İsveçlə ev, Estoniya ilə səfər oyunlarında isə 1:3 hesablı məğlubiyyətlərə üzülüb.

Bu gün qrupumuzun digər oyununda İsveç Estoniyanın qonağı olacaq.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

14 oktyabr

20:00. Azərbaycan - Slovakiya
Baş hakim: Rohit Saqqi (Norveç).
Tofiq Bəhramov adına Respublika stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar