Azərbaycan futbolu
Millimiz penaltilərlə sevindi
17.10.2024 | 01:30
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin U-17 komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Sports.az xəbər verir ki, Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.