“Oyunçulardan razı qalmasam da, önəmli qələbə qazandıq” - Qurbanov

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Kəpəz”in qonağı olub.

Sports.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 5:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov vacib qələbə qazandıqlarını bildirib:

“Futbolçularımı təbrik edirəm. Müəyyən bir fasilədən sonra bizim üçün vacib oyun, idi. Düzdür, oyunçularımdan razı qalmasam da, önəmli qələbə qazandıq. Bəzi kombinasiyalarda yaxşı çıxış etmədik. Buna baxmayaraq, düşünürəm ki, vacib qələbə idi. “Kəpəz”ə uğurlar arzulayıram, “Neftçi” ilə qələbədən sonra hiss olunurdu ki, istəklidirlər.

Ümumən, belə, milli komandadakı məğlubiyyətlər oyunçulara yaxşı təsir göstərməmişdi. Üzgün idilər. Bəzi oyunlarda qələbələr qazana bilərdik.

Fernandu Santuş təcrübəli məşqçidir. Düşünürəm ki, futbolçuları psixoloji cəhətdən ələ ala biləcək. İstənilən halda, bir azarkeş olaraq onlara dəstək olmalıyıq.

“Qarabağ”da yerli oyunçularımızın oyun sayı heç də az deyil. İstər Musa Qurbanlı olsun, Nəriman Axundov olsun, kifayət qədər çox oyun vaxtı alırlar. Bu da onlara ən azından təcrübə qazandırır.

Məni düz anlayın, bir az qeyri-ciddi fikrə önəm vermirəm. Bacarıqlı futbolçuya görə heç kim zəng vurmayıb. Mən belə bir şeylə rastlaşmamışam ki, mənim dövrümdə olsun və ya ondan sonra, milli komandaya sifərişlə futbolçu gələ. Belə şeylər ümumiyyətlə, insanları futboldan soyudur. Mənə kim zəng edə bilər ki? Mənə komandanı həvalə ediblərsə, güvəniblərsə, belə bir şey heç vaxt ola bilməz. Belə fikirlərə qeyri-ciddi yanaşıram. İlqar Qurbanov deyibsə ki, Qurban Qurbanovun vaxtında milliyə sifarişlə oyunçu gətirilirdi, mən onu görəndə soruşaram (gülür)”.

“Qarabağ” növbəti turda evdə “Şamaxı”nı qəbul edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar