Fransa klubunda yeni baş məşqçi

Fransanın 1-ci Liqa klubu "Monpelye"nin yeni baş məşqçisinin adı açıqlanıb.

Sports.az xəbər verir ki, komanda Jan-Lui Qasseyə tapşırılıb.

Monpelye şəhərinin təmsilçisinin əvvəlki baş məşqçisi Mişel Der Zakaryan Liqa 1-in 8-ci turunda Marsel “Olimpik"inə evdə 0:5 hesabı ilə məğlubiyyətdən dərhal sonra işdən qovulmuşdu.

70 yaşlı mütəxəssis ötən mövsümün ikinci yarısında məhz "Marsel"in müvəqqəti baş məşqçisi kimi fəaliyyət göstərib. Geridə qalan 8 tur ərzində 26 qol buraxan “Monpelye” hazırda turnir cədvəlinin sonuncu pilləsindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar