Azərbaycan futbolu
Azərbaycan millisi Portuqaliya ilə cavab matçına çıxacaq
29.10.2024 | 11:45
Azərbaycanın qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 1-ci pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.
Sports.az xəbər verir ki, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.
Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
29 oktyabr
23:45. Portuqaliya - Azərbaycan
İlk oyun - 4:1.
Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).
Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.