“Kəpəz”in futbolçusuna 1 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” komandasının 29 nömrəli futbolçusu Dioqo Verdaska  hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz” komandası 500 manat cərimə edilib.

“Səbail” – “Sumqayıt” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilib.

“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar