Azərbaycan futbolu
3 komandaya 70 manatlıq cərimə
30.10.2024 | 13:45
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 1-ci Liqanın 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
MOİK – “Karvan” oyununda “Karvan” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilib.
“Qəbələ” – “İmişli” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Qəbələ” komandası 70 manat cərimə edilib.
“Qəbələ” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” komandası 70 manat cərimə edilib.