Azarkeşləri 2-ci liqa klublarını ziyana saldılar
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 2-ci Liqanın 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Saatlı-Araz” – “Kür-Araz” oyununda “Saatlı-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilib.
“Hypers Guba” – “Şahdağ Qusar” oyununun 88-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 55 nömrəli futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şahdağ Qusar” komandası 50 manat cərimə edilib.
“Hypers Guba” – “Şahdağ Qusar” oyununda “Hypers Guba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilib.
“Hypers Guba” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şahdağ Qusar” komandası 150 manat cərimə edilib.