Dünya futbolu
“Real” Rüdigerin sağlamlığından narahatdır
03.11.2024 | 17:30
“Real” İspaniya La Liqasının 11-ci turunun “Barselona” ilə oyunundan (0:4) sonra rahatsızlıq hiss etmiş, “qaymaqlılar”ın 31 yaşlı alman mərkəz müdafiəçisi Antonio Rüdigerin səhhətindən narahatdır.
Sports.az xəbər verir ki, oyundan sonra aparılmış tibbi müayinələr alman futbolçuda zədənin olmasını istisna edib.
Bununla belə, vurğulanır ki, “Kral klubu” Rüdigerin karyerası ərzində dəfələrlə zədə aldığı dizinin vəziyyətindən narahatdır.