Dünya futbolu
“Liverpul” “Real”ın fransalı “dayaqçı”sını almağa hazırdır
05.11.2024 | 18:40
“Liverpul” İngiltərə Premyer Liqasında çempionluq imkanlarını artırmaq üçün, qarşıdan gələn qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir.
Sports.az xəbər verir ki, və “qırmızılar” “Real”ın fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlanırlar.
“Kral klubu” fransalı futbolçunu 100 milyon funt-sterlinq (119 milyon avro) məbləğində qiymətləndirir. Bununla belə, mersisaydlılar heyətin məqsədyönlü şəkildə gücləndirilməsi üçün bu böyük məbləğdə ödənişi həyata keçirməyə hazırdırlar.